Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı "Küknarlara məktub" (bir hissəli pritça) Müsabiqə tamaşası Müəllif: Qoderdzi Çoxeli Tərcüməçi: Nəriman Əbdürrəhmanlı Rejissor, rəssam və xoreoqraf: Nigar Güləhmədova İfaçılar: Beri - Elşən Rüstəmov Berinin arvadı - Almaz Amanova Kolxoz sədri və meşəbəyi - Rüstəm Rüstəmov Cografiya müəllimi - Ayşad Məmmədov Həkim - Dilarə Səlimova Kəndli qadın - Firuzə Balayeva Əzrail - Elnur Qədirov Mələk - Lalə Süleymanova Goca əskər - Ramin Şıxəliyev Xronometraj: 44 dəqiqə Tamaşa Azərbaycan dilində, ingiliscə subtitrlərlə nümayiş olunacaq. Əsgər Beri müharibədən evə yaralı qayıdır. Bir müddət sonra, onun yarasında küknar ağacı bitməyə başlayır. Ağac böyüdükcə ürəyində kəskin ağrılar da şiddətlənir. Ətrafındakı insanlar təkidlə ona ağacdan qurtulmağı tövsiyə edirlər. Çünki kökləri ilə ürəyinə sarılan ağac, tezliklə həyatına son qoya bilər. Həyatda övladı olmayan Beri, bu təklifdən imtina edir, çünki çiynindəki ağaca, artıq öz uşağı kimi bağlanıb. Bu insanlardan uzaq qaçan Beri, bir müddət meşədə tək qalır və həyat yoldaşı, qonşuları üçün darıxıb kəndə qayıdır. Evdən meşədəki küknarlara məktub yazır, onlara etiraf edir ki, özünü ağac kimi, böyük təbiətin bir hissəsi kimi hiss edir və ağac olmaqda qərarlıdır. Beri, çiynindəki ağacın kökləri və gövdəsi ilə birləşən bədənini, "son mənzili" torpağa tapşırmaq üçün, yenidən meşəyə qayıdır.